Ən yaxşı oyunçu adına namizədlər açıqlandı

30.01.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun nəticələrinə əsasən həftənin ən yaxşı oyunçusu mükafatına namizədləri açıqlayıb.

News24.az xəbər verir ki, namizədlər arasında dörd futbolçu var.

Bunlar fransalı vinger Usman Dembele (PSJ), hücumçu Antuan Qrizman ("Atletiko Madrid"), argentinalı hücumçu Lautaro Martinez (“İnter”) və ingilis yarımmüdafiəçi Morqan Rocers (“Aston Villa”).

Xatırladaq ki, Qrizmann “Zalsburq”la oyunda dubla (5:1), Dembele, Rocers və Martinez də het-trikə imza atıb. Dembele “Ştutqart”la oyunda (4:1), Rocers “Seltik”in qapısına üç qol göndərdi (4:2), Lautaro isə “Monako”nun qapısına üç dəfə (3:0) zərbə endirib.

Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının ümumi mərhələsində 8 turdan sonra mümkün 24 xaldan 21 xal toplayıb. Turnirin pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 31-də keçiriləcək.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью