Ən yaxşı qapıçıların reytinqi açıqlandı

09.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) son bir ildə dünyanın ən yaxşı çıxış edən qapıçılarının reytinqini açıqlayıb.

"Unikal" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 100 nəfərin yer aldığı siyahıya Fransanın PSJ klubunun italiyalı qolkiperi Canluici Donnarumma başçılıq edir.

İtaliyanın “İnter” komandasının qapıçısı Yann Zommer ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə İspaniya təmsilçisi “Real Madrid”in belçikalı oyunçusu Tibo Kurtua tamamlayır.

Qeyd edək ki, siyahı oynanılan matçların nəticələrinə, çempionatda mübarizə aparan komandaların müdafiə göstəricilərinə görə edilən qurtarışların fail nisbətinə əsasən tərtib edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью