“Ən yaxşı yeni mobil tətbiq”in qalibi e sosial oldu

14.04.2025

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” mobil tətbiqi ABŞ-ın “Best Mobile App Awards” müsabiqəsində “Ən yaxşı yeni mobil tətbiq” kateqoriyası üzrə mükafata layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "SƏS" qəzetinə verilən məlumata görə “Best Mobile App Awards” müsabiqəsi müxtəlif kateqoriyalar üzrə ən yaxşı mobil proqramları, iOS və Android üçün mobil tətbiqlərdə innovasiya, yaradıcılıq və praktikliyi tanıtmaq məqsədi daşıyır.

Müsabiqəyə “e-sosial” portalının məqsədi, həmçinin mobil versiyanın funksionallıqlarını nümayiş etdirən vizual materiallar təqdim olunub.

Müvafiq link:

https://bestmobileappawards.com/app-submission/e-social?utm_source=badge&utm_medium=badge&utm_campaign=badge

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью