Ən yüksək maaş alan dövlət başçısı: 3,6 milyon dollar qazanır

09.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Sinqapurda məmurların maaşları əhəmiyyətli dərəcədə artırılacaq. Dövlət bunu onunla izah edir ki, bu addım istedadlıları cəlb etməyə və yaxşı idarəetməni təmin etməyə kömək edir. Bakıvaxtı.az "actu.fr"ə istinadən xəbər verir ki, ölkənin Baş naziri Lorens Vonq Parlamentdə bildirib ki, bu araşdırmanın bir hissəsi olaraq, onun illik maaşı 2,2 milyon dollardan 3,6 milyon dollara qədər artacaq ki, bu da 2,4 milyon avroya bərabərdir:

“Baş nazirin müavininin maaşı 1,87 milyondan 3,06 milyon dollara və ya 2,08 milyon avroya qədər yüksələcək. Nazirlərin illik maaşları əvvəllər 1,10 milyon dollardan 1,76 milyon dollara yüksəlmişdisə, indi stajlarından asılı olaraq 1,80 milyon dollardan (1,22 milyon avro) 2,88 milyon dollara (1,95 milyon avro) qədər artacaq”.

L.Vonq onu da əlavə edib ki, səlahiyyət müddəti ərzində bütün artımı müvafiq xeyriyyə məqsədlərinə bağışlamağı planlaşdırır.

Mətndə qeyd olunur ki, Sinqapur liderinin əmək haqqı ABŞ prezidentinin və G7 liderlərinin rəsmi maaşı da daxil olmaqla bir çox digər liderlərin əmək haqqını artıq üstələyib. Məsələn, Fransa Baş naziri ayda təxminən 16 min avro qazanır.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью