Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məlum olub ki, ən güclü immun potensiala məhz dördüncü qan qrupu daşıyıcıları malikdir.
Beynəlxalq alimlər komandası orqanizmi infeksiyalardan ən yaxşı qoruyan qan qrupunu müəyyənləşdirmək üçün bir sıra tədqiqatlar aparıb.
Nəticələr göstərib ki, dördüncü qan qrupu sahiblərində immun potensial ən yüksək səviyyədədir.
Lent.az bu qan qrupunu təqdim edir: Məhz bu qrupun daşıyıcılarında halların 92%-də interferonların aktiv istehsalı qeydə alınıb.
Interferonlar viruslara və xərçəng hüceyrələrinə qarşı mübarizədə əsas rol oynayan zülallardır.
Bu göstərici maksimum sayılır və orqanizmin xarici təhdidlərə effektiv reaksiya vermə qabiliyyətindən xəbər verir.
İkinci yerdə üçüncü qan qrupu sahibləri qərarlaşıb: onların immun sistemi interferon istehsalını təxminən 91% hallarda işə salır ki, bu da çox yüksək qorunma səviyyəsi hesab olunur.