“Ən zəif oyunlarımızdan birini keçirdik” Rəşad Abdullayev etiraf etdi

13.04.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əvəzedicilər liqasının 29-cu turunda lider “Neftçi-2” aşkar autsayder “Şamaxı-2”nin müqavimətini qıra bilmədi (0:0).

Eyni zamanda, “Sabah”ın əvəzediciləri “Kəpəz-2”ni məğlub etməklə “ağ-qaralar”la xal fərqini 2-yə endirdi. “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev “Şamaxı-2” ilə oyunla bağlı belə dedi:

“Oyun istədiyimiz kimi keçmədi. Növbəti dəfə xal itirdik. Liderlər qrupunda artıq komandalar bir-birinə yaxınlaşıb. Bizə də bu 3 xal hava-su kimi lazım idi. Ən zəif oyunlarımızdan birini keçirdik. Lazımi epizodları dəyərləndirmədik. İkinci hissə üstünlüyümüz şəraitində keçdi. Epizodları qola çevirmək lazım idi ki, qələbə qazanaq. Neçə turdu heyətlə bağlı çətinliklər - cəzalı və zədəli futbolçularımız var. Gərək futbolda turnir cədvəlinə baxmayasan. Futbolçularımdan narazı qaldım. Gələn oyunlarda bunun öhdəsindən gəlməyə çalışacağıq. Qarşıda bizi gərgin oyunlar gözləyir. “Sabah-2”nin bizə yaxınlaşmasında itirdiyimiz xallar rol oynadı. Yersiz xallar itirdik. Bu xal fərqini əldən verməməyə çalışacağıq”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью