Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2020-ci ildə "Forbes Türkiyə"nin açıqladığı "Ən zəngin 100 türk" siyahısında yer alan iş adamı Birol Altınkılıç vəfat edib.
Axşam.az xəbər verir ki, iş adamı 66 yaşında ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Altınkılıç "Kahve Dünyası" və Türkiyənin aparıcı kakao və şokolad istehsalçılarından olan "Altınmarka Qrupu"nun qurucusu və iİdarə heyətinin sədri olub.
Altınkılıç 1992-ci ildə qurduğu Altınmarka Qrupu ilə kakao və şokolad sektorunda böyük biznes yaradıb. "Kahve Dünyası" 2000-ci illərin əvvəlində İstanbulda ilk mağazasını açdıqdan sonra Türkiyə ilə yanaşı İngiltərə, Küveyt və Səudiyyə Ərəbistanında fəaliyyət göstərməyə başlayıb.