Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Bürclərin yerləşdiyi xəritədə hər bürcün bir əksi var.
Astrologiya mütəxəssisləri deyirlər ki, bəzən ən fərqli görünən bürclər əslində bir-birilərinə ən çox lazım olanlardır.
Onlar bir-birini həm çətinləşdirir, həm də gücləndirir. Sfera.az xəbər verir ki, bu bürclər arasında 180 dərəcə məsafə var.
Onlar fərqli elementləri təmsil etsələr də, eyni zamanda bir-birilərinə balans gətirir və qarşılıqlı öyrənmə imkanı yaradır.
Zidd bürclərin siyahısı belədir: Qoç - Tərəzi: Qoç “Mən” deyir, Tərəzi isə “Biz” deyir. Lakin birlikdə cəsarət və diplomatiya yaradırlar.
Buğa - Əqrəb: Buğa sabitliyi, Əqrəb dərinliyi sevir. Birlikdə isə həm təhlükəsizlik, həm ehtiras doğururlar.
Əkizlər - Oxatan: Əkizlər lokal maraqlara, Oxatan uzaq hədəflərə fokuslanır. Xərçəng - Oğlaq: Xərçəng evə, Oğlaq isə karyeraya yönəlib.
Birləşəndə həm ailə, həm uğur prioritet olur. Şir - Dolça: Şir fərdi diqqət istəyir, Dolça kollektivi düşünür.