Əncir mürəbbəsi Günel Mehrinin hekayəsi | Icma.az
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Kulis.az Günel Mehrinin "Əncir mürəbbəsi" hekayəsini təqdim edir.
Masa. Bir banka əncir mürəbbəsinə girib-çıxan çay qaşığı. Qız səsi: - Bəs sən niyə yemirsən? Oğlan səsi: - Xoşlamıram...
- Mənim ən sevdiyim mürəbbədir. Amma son vaxtlar yeyəndə kövrəlirəm. - Niyə? - Bir türk filmi var e - "İncir riçəli". O, yadıma düşür.
Türklər əncirə incir deyir axı. - Hə, bilirəm. Baxmışam o filmə. - Doğrudan? Birinci hissəsi dəhşət təsirlidir.
O qədər ağlamışdım ki, kinoteatrda. Amma ikinci hissəsi... Qızın səsi uzaqlaşır. Oğlanın iç səsi: - Hmm. Deməli, təsirlənmisən o filmdən...
Maraqlıdır e, Ayşənim. Görən, mənim əhvalatımı eşitsən nə reaksiya verərsən? Nə düşünərsən? Ağlayarsan?
Yoxsa gülüb keçərsən, "uşaqsan" deyə? Bəlkə suallar yağdırarsan üstümə? Ya nifrət edərsən bu mürəbbəyə mənim kimi?..
Ayşənim, bir bilsən ki, əncir mürəbbəsi mənə görə təkcə mürəbbə deyil... Uşaqlığımın ayrılmaz parçasıdır.
Tam oxu
Xəbəri oxu