Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem hökumət başçısının Dauninq-stritdəki iqamətgahı qarşısında çəkilən nalayiq məzmunlu videoya görə qalmaqalla üzləşib.
“Qafqazinfo” “Politico”ya istinadən xəbər verir ki, noyabrın əvvəlində Börnhem britaniyalı bloqerləri tədbirlərdən birinə dəvət edib.
Daha sonra “TikTok”da 3,6 milyon, “Instagram”da isə 640 min izləyicisi olan Maks Baleqd sosial şəbəkədə video paylaşıb. Görüntülərdə tədbir iştirakçılarından birinin Baş nazirin iqamətgahının qapısı qarşısında nalayiq ifadələr səsləndirdiyi əks olunub.
Nəşrin məlumatına görə, həmin ifadələr arasında Yamayka jarqonuna aid söyüşlər, eləcə də qadınlara qarşı təhqir kimi qəbul edilə biləcək sözlər yer alıb. “Politico” hadisəni britaniyalı hökumət başçısının “TikTok” nəsli ilə yaxınlaşmaq cəhdinin uğursuz nəticəsi kimi qiymətləndirib.
Xatırladaq ki, bundan öncə Endi Börnhem 1,3 milyon izləyicisi olan “TikTok” fenomeni Lyuk Hemnettin Baş nazirin rəsmi iqamətgahı Dauninq küçəsi 10-da çəkdiyi rəqs videosuna görə sərt tənqidlərlə üzləşmişdi.