Endirim günü mağazaya gələn vətəndaşlar arasında kütləvi dava VİDEO

20.11.2024

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Endirim günü mağazaya gələn vətəndaşlar arasında kütləvi dava - VİDEO

Meksikanın Tehuakan şəhərindəki Walmart mağazasında endirimli televizor almaq istəyən müştərilər arasında böyük dava düşüb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, El Buen Fin adlanan endirim günündə baş verən davada 50-dən çox adamın iştirak etdiyi öyrənilib.

Təhlükəsizlik kameralarına düşən görüntülərdə televiziya qutularının yerləşdiyi hissəyə toplaşan kütlənin əlbəyaxa dava etdiyi görünür.

Mağazanın mühafizəçiləri və işçilərinin müdaxilə etdiyi davada ölən və yaralanan olmayıb. Mağaza səlahiyyətliləri, izdihamın endirimli məhsulların məhdud sayda olduğu üçün baş verdiyini açıqlayıb.

Mağazanın oxşar hadisələrin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri görəcəyi bildirilib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью