Endrik əfsanəvi braziliyalı futbolçunun nailiyyətini üstələdi

27.01.2026

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Fransa Liqa 1-in 19-cu turu çərçivəsində "Mets" - "Lion" görüşündə Endrik qonaqların heyətində üç qol vurmaqla bir neçə uğura imza atıb.

Oxu.Az sport24.ru-ya istinadən xəbər verir ki, 19 yaş 188 günlüyündə olan Endrik Kərim Benzemanın rekordunu qıraraq, "Lion"un tarixində Liqa 1-də het-trik edən ən gənc oyunçu olub.

Endrik, həmçinin XXI əsrdə Liqa 1-də het-trik edən dördüncü ən gənc futbolçu ünvanına sahib çıxıb. Daha gənc yaşda buna yalnız Jeremi Menez (17 yaş 260 gün), Kilian Mbappe (18 yaş 53 gün) və Usman Dembele (18 yaş 296 gün) nail olublar.

Bundan əlavə, Endrik "İnter"in heyətində İtaliya A Seriyasında 21 yaşında het-trik edən keçmiş braziliyalı futbolçu Ronaldonun nailiyyətini geridə qoyaraq, Avropanın Top-5 liqalarında het-trik edən ən gənc braziliyalı adını qazınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью