Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın "Real Madrid" komandasında kifayət qədər oyun vaxtı ala bilməyən və Fransanın “Lion” komandasına icarəyə verilən braziliyalı hücumçu Endrik yeni klubunda diqqətçəkən performansını davam etdirir.
İdman.Biz xəbər verir ki, gənc futbolçu Fransa klubundakı üçüncü oyununda het-trik edib.
Qeyd edək ki, Endrik əvvəlki iki matçda da məhsuldarlığı ilə yadda qalmışdı. Həmin görüşlərdə onun aktivində bir qol və bir məhsuldar ötürmə var idi.
Beləliklə, Endrik “Lion” forması ilə qısa müddətdə komandaya uyğunlaşdığını və hücum xəttində əsas fiqurlardan birinə çevrildiyini göstərib. Bu çıxışlar braziliyalı futbolçunun yeni klubunda özünü tapdığını deməyə əsas verir.