Endrik Liverpul a keçə bilər

05.10.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Liverpul” “Real Madrid”in braziliyalı hücumçusu Endriklə maraqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, Mersisayd klubu yay transfer pəncərəsində 20 yaşlı futbolçunu heyətinə qatmaq istəyib. “Liverpul” hətta Endriki almaq variantını da nəzərdən keçirib.

Lakin “Real Madrid” braziliyalının ayrılmasına icazə verməyib. İspaniya klubu həm futbolçunun satılmasına, həm də icarəyə göndərilməsinə qarşı çıxıb.

Romanonun sözlərinə görə, Endrikin vəziyyəti mövsüm ərzində dəyişməsə, “Liverpul” gələcəkdə onun transferi üçün yenidən hərəkətə keçə bilər.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью