Endrik mübarizəsində İngiltərə klubu şanslıdır

07.10.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real" yanvarda hücumçusu Endriki icarəyə verməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu uğrunda mübarizədə əsas favorit "Aston Villa"dır. Bu barədə "Cadena SER" məlumat yayıb.

"Roma" və "Lion" da Endriki heyətinə qatmaq istəyir. Lakin 19 yaşlı forvardın İngiltərə klubuna keçmək ehtimalı yüksək qiymətləndirilir. Gənc oyunçunun yanvarda mövsümün sonuna qədər "Aston Villa"ya icarəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində 1 rəsmi matçda 4 dəqiqə meydanda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью