Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Gənc braziliyalı ulduz Endrik gələcək karyerası ilə bağlı tələblərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ESPN Brasil-in məlumatına görə, futbolçu növbəti klubuna keçid üçün bir sıra konkret şərtlər irəli sürüb.
Mənbənin məlumatına əsasən, Endrikin növbəti komandası:
Avropanın “top-5” liqasından biri olmalı və ya Portuqaliyada ilk “üçlük”də yer almalıdır; Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etməlidir; Hücumameyilli futbol üslubuna sahib olmalıdır; Hər mövsüm liqa çempionluğu uğrunda mübarizə aparmalıdır.Qeyd edək ki, gənc forvard hal-hazırda “Real Madrid”in heyətində çıxış edir və gələcəyi ilə bağlı qərarını mövsümün sonunda verəcəyi gözlənilir.