Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Real"ın futbolçusu Endrik karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Aston Villa" Braziliya millisinin hücumçusunu transfer etmək variantını nəzərdən keçirir.
Bu barədə "AS" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Endrik də oyun praktikasını artırmaq üçün Madrid təmsilçisindən ayrılmaq istəyir.
Futbolçu beynəlxalq turnirlərdə, xüsusilə Çempionlar Liqasında çıxış etmək və əsas heyətin vacib üzvlərindən biri olmaq arzusundadır. "Roma" da braziliyalının durumunu yaxından izləyir.
Qeyd edək ki, Endrik 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirib. O, bu komandada bütün turnirlərdə 21 oyuna 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
"Çelsi"nin müdafiəçisi A Seriyası klubunda - RƏSMİ Millimizin üzvü oynadı, komandası qələbə qazandı Fransa millisinin üzvü PSJ-də “Milan”dan “Lyon”a - İCARƏYƏ GÖNDƏRİLİR Salto ilə başlayan hücum qolla bitdi - İranlıdan möhtəşəm assist - VİDEO