Endrik qışda Real dan ayrılacaq A Seriyasında oynamaq istəyir

08.10.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Endrik bütün mövsümü “Real"da  ehtiyat oyunçular skamyasında keçirmək istəmir.

Sportal.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, hücumçu bu mövqeyini agentlərinə bildirib. Onlarla yaxşı işgüzar münasibətləri olan “Milan”ın sahibi Cerri Kardinale isə Madrid klubunun braziliyalı futbolçunun ayrılmasına razılıq verəcəyi təqdirdə, onu transfer edə biləcəyinə əmindir.

Söhbət yanvar ayında icarə əsasında keçiddən gedir. Bununla belə, futbolçunun uzunmüddətli gələcəyini əhatə edən variantlar da mümkündür. Məsələn, tərəflər Braim Diasın transfer modelindən istifadə edə bilərlər. Dias üç il “Milan”da icarə əsasında çıxış edib. Həmin razılaşmada “rossonerilər”in futbolçunu birdəfəlik transfer etmək, “Real"ın isə sonradan onu geri almaq hüququ var idi.

Bu halda Endrikin maaşı problem yaratmayacaq. Braziliyalı futbolçu bonuslardan əlavə, illik təxminən 2,5 milyon avro xalis əməkhaqqı alır və İtaliya klubu bu məbləği ödəməyə hazırdır.

Endrik həm “Milan”da oynamaq, həm də ümumilikdə A Seriyasında çıxış etmək ideyasına müsbət yanaşır. Futbolçunun xidmətində “Roma” da maraqlıdır.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью