Endrik Real Madrid ə qayıtdı

18.05.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Olimpik Lion"un hücumçusu Endrik Fransa çempionatında son oyununu keçirib.

Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu "Lans"a qarşı oyuna start heyətində başlasa da, komandasını ağır məğlubiyyətdən xilas edə bilməyib. 

"Lion"un evdə 0:4 hesabı ilə məğlub olduğu matçda Endrik 71-ci dəqiqədə əvəzlənib. 

"Euro-football"-ın məlumatına görə, o, oyundan sonra tribunaya yaxınlaşaraq azarkeşlərlə vidalaşıb. Braziliyalının icarə müqaviləsi mövsümün sonunda başa çatır.

Endrik yanvar ayında "Olimpik Lion"a qoşulub. O, Fransa klubunda ümumilikdə 21 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

O, yeni mövsümə "Real Madrid"də başlayacaq. Onun "Los Blancos"la hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью