Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real"ın hücumçusu Endrik qış "transfer pəncərəsi" zamanı klubu tərk edə biləcəyinə işarə edib. Sport24.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb:
"Mən indiki anla yaşayıram. Əgər yanvarda getməli olsam, gedəcəəm, qalmalı olsam, qalacam. Allah ürəyimə nəyi salarsa, onu da edəcəm. Mourinyoya çox minnətdaram – o, mənimlə oturub həqiqətən söhbət edən ilk məşqçilərdən biri idi. Burada olduğum müddətdə onun və "Real"ın uğuru üçün mübarizə aparacam".
Qeyd edək ki, 20 yaşlı hücumçu "Roma" ilə matçda58-ci dəqiqədə, komandası 1:3 hesabı ilə geridə olarkən meydana daxil olub. O, bir məhsuldar ötürmə edib və 85-ci dəqiqədə qol vurub. Braziliyalı futbolçu oyunun ən yaxşısı seçilib.