Icma.az bildirir, Fanat portalına istinadən.
"Real Madrid" oyun vaxtı qazanmaqda çətinlik çəkən və ötən mövsümün ikinci yarısını "Olimpik Lion"da icarədə keçirən Endrik ilə bağlı yekun qərara gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı "Onda Cero" yayıb.
Hücum xəttindəki güclü rəqabət səbəbindən braziliyalı hücumçunun bu mövsüm "Real Madrid"də qalma ehtimalı xeyli azalıb. İspaniya klubunun rəhbərliyi oyunçunun birdəfəlik satışı və ya satınalma hüququ ilə transferi variantlarını istisna edərək, onu bir mövsümlük icarəyə verməyə müsbət yanaşır. 20 yaşlı hücumçu əvvəlcə komandada qalmaq və heyətdə yer uğrunda mübarizə aparmaq istəsə də, artıq mövcud vəziyyəti anlayır.
Braziliyalı hücumçunun "Real"la 2030-cu ilin sonuna qədər müqaviləsi qüvvədədir.
Endrik 2025/26 mövsümündə "Real Madrid" və "Lion"un heyətində ümumilikdə 24 oyuna çıxıb, 8 qol və 8 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli