sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şotlandiya millisinin müdafiəçisi Endrü Robertson yığma tarixinin ən çox oyun keçirən futbolçusuna çevrilib. Sport24.az xəbər verir ki, komandanın kapitanı Millətlər Liqası çərçivəsində İsveçrəyə qarşı keçirilən oyunda (0–4) start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.
Bununla da o, millinin heyətində oyun sayını 103-ə çatdırıb.
Robertson bununla Şotlandiya yığmasında 102 oyun keçirmiş Kenni Dalqlişə məxsus olan əvvəlki rekordu yeniləyib.
Qeyd edək ki, Şotlandiya yığması Millətlər Liqasının B Liqası, 1-ci qrupunda 7 xal toplayaraq üçüncü yeri tutub.