Endryu Britaniyanı tərk edə bilər

24.01.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor tezliklə Böyük Britaniyanı birdəfəlik tərk edib Fars körfəzindəki bir adaya köçə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun bioqrafı, “Entitled: The rise and fall of the house of the York” kitabının müəllifi Endryu Louni “Page Six”ə danışıb.
Louni bildirib ki, Endryu, çox güman ki, Bəhreynə gedəcək. Bura başqa bir “rüsvayçı” monarxın - 2020-ci ildə qalmaqallar fonunda ölkədən qaçan İspaniyanın istefa vermiş kralı I Xuan Karlosun yeni vətənidir.
“O, şübhəsiz ki, ora gedəcək. O, medianın diqqət mərkəzindən uzaq olacaq... İsti və  günəşli havada olacaq”, - Louni deyib.
Qeyd edək ki, Endryu və keçmiş həyat yoldaşı Sara Ferqyusonun 25 yanvar tarixinə qədər Vindzor Parkdakı evləri olan “Royal Lodge”u tərk etmələri gözlənilir. Bu qərar, Endryu ilə mərhum Ceffri Epşteyn arasında davam edən qalmaqal fonunda III Çarlzın köçməkdə israr etməsindən sonra verilib.
Lakin Louni Endryunun yaxın gələcəkdə Britaniyada qalacağına inanır. O, ov mövsümünün hələ də davam etdiyini iddia edir, yəni keçmiş şahzadənin qalmaq üçün bir səbəbi var - Britaniyada ov mövsümü adətən 1 fevralda başa çatır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью