Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. "Qazlı içkilər dad baxımından çox cəlbedici olsa da onların müntəzəm istifadəsi bir çox hallar
Belə ki, qazlı içkilərin tərkibində olan karbon qazı qarın boşluğunda şişlinlik yaradaraq qarındaxili təzyiqi artırır və mədədə xlorit turşu
Bu da öz növbəsində qıcqırma, göynəmə, yanma və qarın boşluğunda ciddi bir diskomforta səbəb olur".
Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.
Onun sözlərinə görə, şirin qazlı içkilərin tərkibində olan fruktoza qaraciyərdə yığılaraq piy təbəqəsinin artmasına və qaraciyərin yağlanmasına gətirib çıxarır: "Nəticədə piylənməyə meyillilik artır və bir çox hallarda mədəaltı vəzi tərəfindən ifraz olunan insulinə qarşı bir rezidentlik yaranır və insulin dirənci yaradığı halda artıq şəkərli diabetə bir addım daha yaxınlaşmış oluruq.
Heç kəsə sirr deyil ki, qazlı içkilərin tərkibində fosfor turşusu olur və bu fosfor turşusu da, ümumiyyətlə orqanizmdə kalsiumun mənimsənilməsini pozur.
Nəticə etibarilə sümüklərdə ərimə, osteoporoz dəyişikliklərdə emalın qaşınması, çürümə kimi sümüklərin zəfələnməsinə gətirb çıxarır.
Eyni zamanda fosfor turşusu böyrəklərdə fosfat duzunun artması və nəticədə böyrək daşına da gətirib çıxara bilir.