Energetika naziri İsmayıllıda vətəndaşlarla görüşəcək

02.07.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 iyul, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov iyulun 22-də İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlarla görüş saat 11:00-dan başlayaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]), Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью