Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 oktyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından və Naxçıvan şəhərindən olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan etibarən "Naxçıvan Enerji" MMC-nin inzibati binasında (Ünvan: Naxçıvan şəhəri, AZ7000, Z.Əliyeva küçəsi 1/12) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1145, 1144) telefon nömrələri (əlaqələndirici şəxs: İlknur Əhmədov), [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də müraciət etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью