Energetika naziri Oğuz şəhərində vətəndaşları qəbul edəcək

04.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Energetika naziri Pərviz Şahbazov noyabrın 20-də Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı rayonlarından və Şəki şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında (ünvan: AZ4800, Oğuz şəhəri, S.Seyidbəyov küçəsi, 20) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1145, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: İlknur Əhmədov), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью