Energetika naziri Pərviz Şahbazov Ukraynaya səfərə gedib

05.11.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb. Səfər çərçivəsində baş tutacaq Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası və biznes forum noyabrın 5-də Ukraynanın Ujqrod şəhərində keçiriləcək.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Hökumətlərarası Komissiyanın iclası ilk dəfə bu ölkədə keçiriləcək.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью