Energetika naziri Tərtərdə vətəndaşlarla görüşüb | Icma.az
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Energetika naziri Pərviz Şahbazov dekabrın 3-də Tərtər şəhərində vətəndaşlarla görüşüb.
Nazirlikdən bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xəttinin çəkilişi, enerji verilişinin dayandırılması, qurğu və avadanlıqların istismar vəziyyəti, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşdə Bakı və Mingəçevir şəhərləri, Ucar, Ağcabədi və Bərdə rayonlarından olan 10 vətəndaş iştirak edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu