Energetikada “yaşıl” hasilat çoxalıb

16.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Energetika Nazirliyinin yaydığı operativ məlumata əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 21 milyard 190,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunun da 16 milyard 960 milyon kilovat-saatı istilik, 2 milyard 767,1 milyon kilovat-saatı su elektrik stansiyalarının, 1 milyard 463,8 milyonu isə digər mənbələrin payına düşüb.

Hesabat dövründə ölkənin külək elektrik stansiyalarında 768,7 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 501,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 193,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 milyon kilovat-saat, külək elektrik stansiyalarında 698,4 milyon, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 10,2 milyon kilovat-saat artıb. Ümumilikdə isə, hesabat dövründə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1 milyard 51,9 milyon kilovat-saat artımla 4 milyard 230,9 milyon kilovat-saat təşkil edib.

Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 18 milyard 233,4 milyon kilovat-saat, (İES-lərdə 15 milyard 434,8 milyon kilovat-saat, SES-lərdə 2 milyard 753,1 milyon kilovat-saat, GES-lərdə 45,5 milyon kilovat-saat), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 957,5 milyon kilovat-saat təşkil edib.

Nazirliyin məlumatına görə, hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 milyon kilovat-saat, idxalı isə 170,6 milyon kilovat-saat olub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью