Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq. Əvvəlcə Energetika Nazirliyi, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin rəhbərliyi və kollekti
Daha sonra Energetiklər Şəhidlər Xiyabanına baş çəkərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəma
"Unikal" xəbər verir ki, bayram tədbiri “AzərEnerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində davam edib.
Qeyd edək ki, artıq 21 ildir ki, 20 oktyabr tarixi “Energetiklər Günü” kimi qeyd olunur.
Bu peşə bayramı Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 nömrəli Sərəncamı ilə təsis edilib.
Tarixin məhz bu günə təsadüf etməsi təsadüfi deyil: 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib.
Bu il həm də “AzərEnerji”nin yaranmasının 90 illiyi qeyd olunur.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “İşıqla yazılan tarix” adlı film nümayiş olunub.