Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Enerji atəşkəsi başa çatıb, Rusiya yenidən Ukraynanın enerji infrastrukturuna zərbələr endirir. Atəş bir neçə bölgədə elektrik kəsintilərinə səbəb olub.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, bu barədə Ukrayna Energetika nazirinin müavini Artyom Nekrasov brifinq zamanı bildirib.
"Rusiyanın enerji infrastrukturuna hücumları nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkası vilayətlərindəki istehlakçılar elektrik enerjisiz qalıb. Hücumlar nəticəsində zədələnmiş enerji obyektlərində bərpa işləri davam edir", - Nekrasov deyib.
Onun sözlərinə görə, Kiyevdə və Kiyev vilayətində mütəmadi elektrik kəsintiləri qeydə alınır. Bundan əlavə, Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.
O qeyd edib ki, regional elektrik şirkətinin işçiləri zədələnmiş xətləri bərpa etmək üçün gecə-gündüz çalışırlar.
Xatırladaq ki, 29 yanvarda Donald Tramp Vladimir Putindən Kiyevi və digər şəhərləri bir həftə ərzində atəşə tutmamağı şəxsən xahiş etdiyini açıqlayıb.
Onun sözlərinə görə, Putin enerji atəşkəsinə razılıq verib. Kremlin mətbuat katibi Dmitri Peskov daha sonra ölkənin enerji atəşkəsinə razılıq verdiyini təsdiqləyib, lakin qeyd edib ki, bu, yalnız 1 fevrala qədər qüvvədədir.
“AzPolitika.info”