Enerji böhranına görə məktəblər bağlanacaq Baş nazir açıqladı

09.12.2024

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Abxaziyada enerji çatışmazlığı səbəbindən məktəblər və uşaq bağçaları bağlanacaq.

Teleqraf.com xəbər verir ki, bunu tanınmayan respublikanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba deyib.

“Təəssüf ki, Abxaziyada enerji təchizatı ilə bağlı vəziyyət pisləşib və biz bu gün bir sıra qərarlar qəbul etməyə məcbur olduq. Onlardan biri məktəblərin və uşaq bağçalarının işini dayandırmaqdır”.

Onun sözlərinə görə, bazar ertəsindən etibarən Abxaziyada işıqlar gün ərzində 2 saat 20 dəqiqə yandırılacaq. Saat 21:00-dan 07:00-a kimi elektrik enerjisində fasilələr olmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью