Enerji böhranına görə məktəblər bağlanacaq Baş nazir AÇIQLADI

10.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abxaziyada enerji çatışmazlığı səbəbindən məktəblər və uşaq bağçaları bağlanacaq.

Bunu tanınmayan respublikanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba deyib.

“Təəssüf ki, Abxaziyada enerji təchizatı ilə bağlı vəziyyət pisləşib və biz bu gün bir sıra qərarlar qəbul etməyə məcbur olduq. Onlardan biri məktəblərin və uşaq bağçalarının işini dayandırmaqdır”.

Onun sözlərinə görə, bazar ertəsindən etibarən Abxaziyada işıqlar gün ərzində 2 saat 20 dəqiqə yandırılacaq. Saat 21:00-dan 07:00-a kimi elektrik enerjisində fasilələr olmayacaq./Teleqraf.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью