Enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək

04.12.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək. SİA xəbər verir ki, bu barədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif olunub.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə olunub.

Dəyişiklik təklifinə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью