Enerji effektivliyi fondunun yaradılması işləri başa çatmaqdadır Nazir müavini

23.04.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Enerji effektivliyi fondunun yaradılması işləri başa çatmaqdadır və yaxın vaxtlarda bu fond vasitəsilə müvafiq tədbirlər görülməsinə başlanılacaq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Samir Vəliyev deyib.

Nazir mavini qeyd edib ki, elektroenergetika sahəsində islahatlar nəzərdə tutulmuş şəkildə davam etdirilməkdədir. 

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью