Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, millət vəkili Hikmət Babaoğlu enerji içkilərin qadağan edilməsi təklifi ilə çıxış edib.
O bildirib ki, enerji içkilərinin satışı və istifadəsi insan hüquqlarının pozulması kateqoriyasına daxil edilməlidir: “Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü biruzə verir.
Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir.
Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir”.Mütəxəssislər deyir ki, enerji içkilərinin tərkibində kafein, taurin, ginsenq, quarana kimi zərərli əlavələr qatılır.
Kafein əsas tərkib maddəsidir və onun miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə artıqdır.
Enerji içkilərinin hazırlanmasında istifadə olunan quaranada yüksək miqdarda kafein, teofilin, teobromin var.
Bu maddələr ürək vurğularının sayını artırır, təzyiqi qaldırır, ürəyin yığılmasını qüvvətləndirir, aritmiyalara səbəb olur.