Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Enerji içkilərinin müntəzəm qəbulu hansı fəsadlara səbəb ola bilər?
Enerji içkilərinin müntəzəm qəbulu sinir sisteminə və bütövlükdə orqanizmə mənfi təsir göstərə bilər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Gemotest” laboratoriyasının nevroloqu Yekaterina Demyanovskaya “Lenta.ru”ya danışıb.
Onun sözlərinə görə, enerji içkiləri orqanizmin enerji ehtiyatlarını bərpa etmir, sadəcə tərkibindəki kofein vasitəsilə yorğunluq hissini müvəqqəti olaraq azaldır.
Normal yuxu və istirahət əvəzinə bu içkilərdən istifadə etmək sinir sisteminin həddindən artıq yüklənməsinə səbəb ola bilər. O bildirib ki, enerji içkilərinin yüksək dozada qəbulu narahatlıq, qıcıqlanma, əllərdə titrəmə, gərginlik, baş ağrısı və taxikardiya ilə nəticələnə bilər.
Həkim enerji içkilərinin yaratdığı digər problemlər sırasında yuxu pozğunluqlarını da qeyd edib:
“Kofeinin təsiri bir neçə saat davam edə bilər. Buna görə də axşam saatlarında enerji içkilərinin qəbulu yuxuya getməyi çətinləşdirə və yuxunun keyfiyyətini aşağı sala bilər. Hazırda bir çox enerji içkisinin tərkibində olan şəkər də orqanizmə əlavə yük yaradır. Şəkərin həddindən artıq qəbulu gündəlik kalori miqdarını artırır, uzun müddətdə isə artıq çəkiyə və karbohidrat mübadiləsinin pozulmasına gətirib çıxara bilər”.
Nevroloq enerji içkilərinin tərkibində kofeinlə yanaşı, tez-tez taurinin də olduğunu vurğulayıb:
“Taurin özü stimullaşdırıcı maddə hesab edilməsə də, bir içkidə bir neçə aktiv maddənin birləşməsi ürək-damar və sinir sistemlərinə düşən yükü artıra bilər. Xüsusilə ardıcıl olaraq bir neçə qutu enerji içkisi qəbul etmək və ya onları qəhvə kimi digər kofein mənbələri ilə birlikdə içmək risk yaradır”.
Qeyd edək ki, nevroloq Tatyana Mozolevskaya və kardioloq Kristina Vulf da daha əvvəl enerji içkilərinin Korvalol ilə birlikdə qəbul edilməsinin təhlükələri barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, bu cür kombinasiya ürək ritminin pozulmasına və ürək-damar sistemində gözlənilməz reaksiyalara səbəb ola bilər.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin