Enerji itkiləri azaldılır

07.03.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə 2024-cü ildə Azərbaycanda 2015-ci illə müqayisədə enerji itkilərinin aşağı salınması 900 milyon kilovat/saat enerjiyə qənaət etməyə imkan verib.

R.Yusifovun sözlərinə görə, enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 faizdən 8,5 faizə qədər azaldılıb. Bu göstəricilərin dünyanın qabaqcıl ölkələrinin nəticələrinə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Sədr müavini Azərbaycanda elektrik şəbəkəsinin əsas hissəsinin ötən əsrin 20-60-cı illərində yaradıldığını və onun 60 faizinə qədər hissəsinin yenidən qurulmasına ehtiyac duyulduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью