Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib

20.11.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi balansındakı 22 avtonəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.

Qalib şirkətə 7 332 manat ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью