Enerji resurslarından səmərəli istifadə ilə bağlı yeni qanun qəbul olunub

20.12.2024

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Enerji Effektivliyi Fondunun vəsaiti yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldiləcək”.
Reyting.az
xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью