Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə ilə Liviya arasında 17 illik fasilədən sonra Tripolidə keçirilən İqtisadi Komissiyanın iclasında Anlaşma Protokolu imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" hesabında yazıb.
"Enerji sahəsində iki ölkənin dövlət şirkətləri arasında neft və neft məhsullarının ticarəti mövzusunda davam edən uğurlu fəaliyyətlərin artırılmasında və çeşidləndirilməsində razılığa gəldik" , - A.Bayraktar qeyd edib.
Onun sözlərinə görə, Liviyanın quru və dəniz ərazilərində həyata keçirilməsi planlaşdırılan əməkdaşlığa dair ortaq mövqe təsdiqlənib. Bundan əlavə, bərpa olunan enerji və mədənçilik sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi də razılaşdırılıb.