“Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi...”

23.01.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dövlətimizin beynəlxalq münasibətlərdə əməkdaşlıq çərçivəsində növbəti uğurları Davos Forumunda cənab Prezidentin timsalında davam etdirildi. Dövlət başçısının diplomatik təmasları, siyasi mesajları, investisiya və texnologiyalarla bağlı gündəlikdə olan məsələlər, o cümlədən ölkənin enerji və nəqliyyat perspektivi ilə bağlı mövqeyinin müdafiəsi diqqət mərkəzində idi”.

Adalet.az xəbər verir ki, bunu “Siyasi xətt” tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

“Bu məsələlərlə bağlı beynəlxalq tribunalarda ölkəmizin mövqeyinin mükəmməl və fundamental formada müdafiə olunması, Azərbaycanın qlobal dünyanın siyasi və iqtisadi çağırışları kontekstində mühüm töhfələrinin təbliğatı ölkəmizin siyasi nüfuzunu daha da möhkəmləndirir. Cənab Prezident Davos Forumunda regional iqtisadi rolumuzu və prioritetlərimizi təqdim etmək fürsətindən prinsipial milli mənafelərimizə uyğun olaraq məharətlə istifadə etdi. Bəli, ölkəmizin gələcəyi üçün strateji qapılar açan nəticələrin əldə olunması, investorlarla birbaşa əlaqələr və etibarlılıq mesajları mühüm əhəmiyyət kəsb edir. Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi, açılan yeni imkanlar sivil dünya ilə inteqrasiyamızı həm şaxələndirdi, həm də daha da gücləndirdi. Lakin bəzi bədxahların, hər zaman olduğu kimi, Azərbaycanın uğurlarına olan allergiyalarından doğan parazitlikləri yenə özünü göstərdi. Əslində, hakimiyyətin apardığı düzgün siyasi xətt nəticəsində bu cür "allergik parazitlərin" sayı artıq kifayət qədər azalıb”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью