GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində həyata keçirilən islahatlar sektorun həm səmərəliliyini, həm də şəffaflığını artırmağa yönəlib.
Bu tədbirlər texniki, inzibati və maliyyə sahələrində bir sıra yenilikləri əhatə edir, nəticədə enerji xidmətlərinin keyfiyyəti və əlçatanlığı yüksəldilib.
Elektrik şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi islahatların ən mühüm hissəsidir.
Xüsusilə sahibkarlar üçün yaradılan “Azərişıq” ASC-nin elektron informasiya platformaları, müraciətlərin daha çevik şəkildə idarə edilməsini təmin edir.
Məsələn, yeni tikinti obyektlərinin şəbəkəyə qoşulması üçün tələb olunan yolların təsdiqlənməsi müddəti üç günlə məhdudlaşdırılıb, bu da bürokratik ləngimələri minimuma endirir.
Prosedurların rəqəmsallaşdırılması, həmçinin sənədləşmə prosesinin optimallaşdırılmasına və xidmətlərin şəffaflığının artırılmasına gətirib çıxarıb.
Bu yanaşma yalnız sahibkarlar üçün deyil, həm də vətəndaşlar üçün elektrik təchizatı xidmətlərinə çıxışı asanlaşdırır.