Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. Çin Elmlər Akademiyasının alimləri Yeni Qvineyanın şimal-şərq sahillərində iri həcmli sua
Bu kəşf həm elmi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır və gələcəkdə enerji təhlükəsizliyi mövzusunda yeni imkanlar aça bilər.
Hidrogen uzun illərdir “gələcəyin yanacağı” kimi təqdim olunur. Onun əsas üstünlüyü atmosferə zərərli karbon qazı buraxmamasıdır.
Karbon neytrallığına nail olmağı hədəfləyən dövlətlər üçün hidrogenin əhəmiyyəti getdikcə artır.
Lakin indiyədək bu yanacaq əsasən süni yollarla, yüksək maya dəyəri tələb edən texnologiyalar vasitəsilə istehsal edilirdi.
Təbii hidrogen yataqlarının aşkarlanması isə bu sahədə inqilabi dönüş yarada və alternativ enerji bazarında böyük dəyişikliklərə səbəb ola bilər.
Yeni yataq Musssau xəndəyinin qərbində yerləşən “Kunlun” hidrotermal kompleksi ərazisində aşkar edilib.
Kompleksin tərkibinə 20 boru formalı oyuq daxildir və onların dördündə yüksək hidrogen konsentrasiyası qeydə alınıb.