Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi narkotikə qarşı əməliyyatları zamanı saxlanılan tanınmış şəxslərin bəzilərinin adları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında tanınan simalardan Enes Batur, Ecenaz Üçer, Çağrı Taner və Yaren Alaca da var.
Xatırladaq ki, daha əvvəl musiqisi Emirhan Çakal, tanınmış aparıcı Hasan Can Kaya və sosial media fenomeni, Reynmen kimi tanınan müğənni Yusuf Aktaşın da saxlanıldığı bəlli olub.