Enes Ünal İspaniyaya qayıdır

12.08.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyə millisinin və İngiltərənin "Bornmut" komandasının futbolçusu Enes Ünal yenidən İspaniyaya qayıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 29 yaşlı hücumçu keçmiş klubu "Xetafe"də çıxış edəcək. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, artıq tərəflər arasında danışıqlar yekun mərhələdədir.

Qeyd edək ki, Enes Ünal 2020-2024-cü illərdə də "Xetafe"nin formasını geyinib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью