Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Avqustun 9-da yoxlama oyunu çərçivəsində İngiltərənin “Liverpul” və Fransanın “Monako” klubları üz-üzə gəliblər.
Futbolpress.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən matç qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmaya üstün başlayan mersisaydlılar ilk hissədə Aleksander İsak (16) və Florian Virtsin (29) qolları ilə iki topla irəli çıxsalar da, bu üstünlüyü qoruya bilməyiblər.
44-cü dəqiqədə Aleksandr Qolovin özünün qazandığı penaltini dəqiq yerinə yetirərək fərqi minimuma endirib. İkinci hissədə əzmkar oyun nümayiş etdirən “qırmızı-ağlar” Miki Biret (56) və Paris Brunnerin (88) qolları ilə geridən gələrək qələbəni təmin edib.