Əngəlləri aşıb həyata meydan oxuyanlar

10.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Baku TV Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində olub.

Burada peşə reabilitasiyası görən Hüseyn və Həsən qardaşları arasında 1 yaş fərq var. Hər ikisinə anadangəlmə 1-ci dərəcəli cırtdanboyluluq diaqnozu qoyulub.

Onlar üçün günlər belə keçir: əllərini çırmalayıb gil qablar düzəldir, yaradıcılıqla məşğul olur, həyata bu cür meydan oxuyurlar.

"Burada dulusçuluq, toxuculuqla məşğul oluruq. Kompüter öyrənirik. Həmçinin mərkəzdə çoxlu dostlarımız da var", - Həsən Quliyev söyləyib.

Bəxtiyar Məmmədov isə 5 aydır ki, xalçaçılıqla məşğuldur. Gün ərzində təxminən 6 saatını bu işə həsr edir.

"Hazırda ikinci xalçamı toxuyuram. Daha öncə bu işlə məşğul olmamışam. İlk əl işlərimdir. Bu məşğuliyyət insanı sakitləşdirir, xəstəliyimizə çox faydalıdır", - Bəxtiyar Məmmədov bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Əngəlləri aşıb həyata meydan oxuyanlar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью