Enrike Avropaya səs salan hücumçunu niyə istəmir?

07.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

“Sportinq”in isveçli hücumçusu Viktor Qyekereş PSJ-yə keçməyəcək.

Publika.az xəbər verir ki, bu barədə “FootMercato” məlumat yayıb.

26 yaşlı hücumçu Paris nəhənginin oyunçusu olmayacaq, çünki komandanın baş məşqçisi Luis Enrike isveçlinin heyəti gücləndirməyəcəyinə və kifayət qədər oyun dəqiqələri almayacağına inanır.

Hazırda Fransa nəhəngi komandanın çatışmayan mərkəz hücumçusu mövqeyinə axtarışları davam etdirir.

Bu mövsüm Qyekereş “Sportinq”in heyətində bütün yarışlarda 21 oyun keçirib, 24 qol vurub və 4 məhsuldar ötürmə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью